Xəbər verdiyimiz kimi, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl yaş həddi ilə əlaqədar xidmətdən azad edilib.
İnterpress.az bildirir ki, general-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin olunub. O, şəxsi heyətə təqdim edilib.
Namiq İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.
9 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Namiq İslamzadəyə Vətən Müharibəsi Qəhrəmanı adı verilib.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov isə bir neçə gün əvvəl xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.