Azərbaycan XİN və Ceyhun Bayramov İrana başsağlığı verdibackend

Azərbaycan XİN və Ceyhun Bayramov İrana başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilib.

“İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşim və onları müşayiət edən digər şəxslərin helikopter qəzası zamanı həlak olması xəbəri bizi dərindən kədərləndirdi. Bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Kəlimələrlə ifadə olunmayacaq faciəvi bir itki olan bu ürəkparçalayan ölümlərin yasını tuturuq. Azərbaycan qardaş və dost İran İslam Respublikasına dəstək və həmrəylik təklif edir”, – paylaşımda vurğulanır.

Xarici işlər naziri Ceyhun Bayramovun paylaşımında isə deyilir: “İran Prezidentinin, xarici işlər naziri, əziz dostum Hüseyn Əmir-Abdullahianın və digər rəsmi şəxslərin vəfatı xəbəri məni dərindən sarsıtdı. Qardaş İran xalqına, bu faciəvi qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.