Türkiyənin “Türk Havacılık ve Uzay Sanayii” (TUSAŞ) şirkəti tərəfindən “LAÇİN” adı ilə modernləşdirilən “Su-25ML” təyyarəsi Azərbaycanın Hərbi Hava Qüvvələrinə təhvil verilib.
İnterpress.az bildirir ki, bu barədə Türkiyənin “SavunmaSanayiST” müdafiə sənayesi və hərbi aviasiya xəbər platformasının “X” hesabında paylaşım edilib.
“TUSAŞ tərəfindən “LAÇİN” adı ilə modernləşdirilmiş “Su-25ML” təyyarəsi Azərbaycanın Hərbi Hava Qüvvələrinə təhvil verildi”, – deyə paylaşımda bildirilib.