Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli üzvləri öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidmətiməlumat yayb.
İsrail ordusu oktyabrın 7-də Qəzza zolağının cənubundakı Xan Yunesdə İsrailin işğalında iştirak edən HƏMAS-ın tank əleyhinə qüvvələrinin komandirlərindən birini öldürüb.
Bundan əlavə, sektorun müxtəlif hissələrində aşağıdakılar məhv edilib:
Həmas xüsusi təyinatlılarının 2 silahlısı – Nuhba;
HƏMAS kəşfiyyat strukturunun 3 silahlısı;
Həmas yerli informasiya xidmətinin rəhbəri;
İslami Cihad döyüşçüsü.
Xuraman Etibarlı
İnterpress.az