NATO kontingenti Ukraynada olarsa, Rusiya mütləq nüvə silahından istifadə edəcək.
İnterpress.az xəbər verir ki, bunu Dövlət Dumasının deputatı Andrey Qurulev deyib.
O bildirib ki, “NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi vətənimizin bütövlüyünə təhdiddən başqa bir şey deyil”.
“Bu əsasda Rusiya Federasiyası hərbi doktrinasına uyğun gələn nüvə silahından istifadə etməyə hazırdır”, – deputat vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az