Şoyqunun mətbuat katibi vəzifəsini tərk edir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. 33 yaşlı Rossiyana Markovskaya başqa işə keçir.
Markovskaya 2017-ci ildən 26 yaşı olanda Sergey Şoyqunun mətbuat katibi olub. Elə bu yaşda da general-mayor rütbəsi alıb.
Bundan əvvəl o, müxbir işləyib, daha sonra keçmiş müdafiə naziri Sergey Şoyqu ilə tanış olub, bundan sonra nazirliyə işə dəvət olunub.
Xuraman Etibarlı
İnterpress.az