Paşinyan iki-üç ay ərzində Erməni Apostol Kilsəsini başsız qoymaq istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan iki-üç ay ərzində Erməni Apostol Kilsəsinin rəhbərini azad etmək, onu bütün imtiyazlardan, xüsusi statusdan və səlahiyyətlərdən məhrum etmək niyyətindədir.
O, bunu bir gün əvvəl parlamentdə üstüörtülü şəkildə bəyan edib.
“Bu o deməkdir ki, o, açıq-aşkar erməni xalqını tamamilə məhv etmək qərarına gəlib”, – deyə media yazıb.
Xuraman Etibarlı
İnterpress.az