Ermənistan Səhiyyə Nazirliyi icbari tibbi sığorta sistemini TƏTBİQ EDƏ BİLMƏDİbackend

Ermənistan Səhiyyə Nazirliyi icbari tibbi sığorta sistemini TƏTBİQ EDƏ BİLMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Səhiyyə Nazirliyi icbari tibbi sığorta sistemini tətbiq edə bilməyib.

İnterpress.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu sahəni tənzimləyən qanunvericilik paketi hələ qəbul edilməyib. Hətta hökumətin təsdiqinə də təqdim edilməyib. Və bir gün əvvəl nazir dedi ki, paket böyükdür və “onun qəbulu üçün dəqiq müddətlər vermək çətindir”.

“Bundan başqa, Nazirlər Kabinetinin son iclasında baş nazir Paşinyan bildirib ki, bəlkə də dəyişikliklərin miqyası barədə heç bir təsəvvürləri yoxdur”, – qəzet yazıb.

Xuraman Etibarlı

İnterpress.az