Üç milyona yaxın pul oğurlayan general azadlığa ÇIXA BİLƏR – FOTObackend

Üç milyona yaxın pul oğurlayan general azadlığa ÇIXA BİLƏR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

130 milyon rubl (təxm. 2 milyon 500 min man) oğurlayan general-mayor İvan Popov istintaq təcridxanasından buraxıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Popovun vəkili bildirib ki, müdafiə etdiyi şəxs dindirilmələrə vaxtında gəlib və şahidlərə təzyiq göstərə və ölkədən qaça bilməz. Ona görə də həbs üçün heç bir əsas yoxdur.

Qətnamənin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətə mayın 27-də məhkəmədə baxılacaq.

Popov özü Ukraynadakı ordunun ehtiyacları üçün nəzərdə tutulan 130 milyon rublun oğurlanmasında iştirakını inkar edir.

Xuraman Etibarlı

İnterpress.az