On inəyə ərə veriləcəyini eşidən qız evdən qaçıb.
İnterpress.az xəbər verir ki, bu barədə Dağıstan mediası məlumat yayıb. Tsumadinski rayonunda bir qız onu 10 inəyə ərə vermək istədiklərini öyrəndikdən sonra evdən qaçıb.
22 yaşlı Əhməd qızın atası ilə danışıq aparmağa gəlib. Gizlicə mətbəxdə toyun təfərrüatlarını müzakirə etməyə başlayanda Patya bunu eşidib.
Və atasının onu 10 inəyə ərə verməyə razı olması onun xoşuna gəlməyib.
Elə həmin gün gecə əşyalarını yığıb Mahaçqalaya qaçıb. Sonra qohumları Mahaçqalaya aparmağa gələndə Moskvaya gedib, heç kimlə əlaqə yaratmır.
Ailə biabırçılıqdan qorxduğu üçün polisə ərizə verməyib.
Xatırladaq ki, bundan əvvəl Çeçenistanda Liya adlı qız başqa millətdən olan sevgilisinə vermədikləri üçün evdən qaçıb və bu, qalmaqala səbəb olan prosesə çevrilib.
Xuraman Etibarlı
İnterpress.az