Ermənistanda bankı partlatmaq istəyən şəxs SAXLANILDIbackend

Ermənistanda bankı partlatmaq istəyən şəxs SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bankı partlatmaqla hədələyən şəxs saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 50 yaşlı Byureqavan sakini saat 17:20 radələrində qumbara ilə Ermənistan bankının Abovyandakı filialına gəlib.

Nazirlikdən verilən məlumata görə, danışıqlar nəticəsində o, təslim olub və partlayıcı qurğunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına verib.

Bundan əvvəl kriminal xronika saytı məlumat vermişdi ki, həmin şəxs evini banka girov qoyub və onu geri ala bilməyib.

Xuraman Etibarlı

İnterpress.az