Arxiyepiskop Baqrat Ermənistanın baş naziri postuna namizəd oldubackend

Arxiyepiskop Baqrat Ermənistanın baş naziri postuna namizəd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxiyepiskop Baqrat Qalstanyan “Vətən uğrunda Tavuş” hərəkatından Ermənistanın baş nazirliyinə namizəd elan edilib.

İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu şərqşünas Qurgen Melikyan İrəvanda keçirilən mitinqdə açıqlayıb.

Qalstanyanın özünün dediyinə görə, o, katolikosdan onun 30 illik mənəvi xidmətini dondurmağı xahiş edib. Arxiyepiskop əlavə edib ki, onun ikili vətəndaşlığı var ki, bu da məhdudiyyətləri nəzərdə tutur.

Xatırladaq ki, Ermənistanda etirazlar aprelin 19-da İrəvan və Bakının Tavuşla sərhədin delimitasiyasına başlamağa razılaşdığı bəlli olduqdan sonra başlayıb. Mayın 9-da Tavuşdan İrəvana yürüşə başçılıq edən erməni kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanı istefaya çağırıb.