“Belə davam etsə, qadınlar arasında bu cür xoşagəlməz halların sayı artacaq” – SOSİOLOQbackend

“Belə davam etsə, qadınlar arasında bu cür xoşagəlməz halların sayı artacaq” – SOSİOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda cinayət törədən qadınların sayı artıb. Bu, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3 faizdir. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb.

Bəs özü şiddətə məruz qalan zərif cinsin nümayəndəsini cinayət törətməyə nə vadar edir?

Mövzu ilə bağlı İnterpress.az-ın suallarrını sosioloq Əhməd Qəşəmoğlu cavablandırıb.

Sosioloq bildirib ki, vəziyyətin bu həddə çatması gözlənilən idi.

“Qadınlar arasında cinayət artacaq, mən bu barədə 20 il, 10 il bundan qabaq dəfələrlə xəbərdarlıq edəmişəm. Çünki biz Azərbaycanda qadınlarla bağlı olan lazımı siyasəti qura bilməmişik. Bu sahədə xeyrli işlər görməyimizə ehtiyac var.

Bir tərəfdən biz ailədə bu qədər problem olduğu halda, doğrudan da kişilərin özünün də öz xanımlarına qarşı xoşagəlməz davranışı olduğu halda biz ailəni xilas etmək əvəzinə, neçə illərdir başlamışıq, qadına qarşı zorakılıq deyib, sanki qadını ərindən xilas edirik. Belə bir siyasət həyata keçirilir.

Bu, kənardan bizə gətirilmə dağıldıcı siyasətdır. Bir tərəfdən deyirik ki, demokratik cəmiyyətdir, qadının keyfi nə istəsə edə bilər, qadınlar hüquqlarını bilmir, ay qadınlar, hüquqlarınızı öyrənin. Halbuki biz ailəni xilas etməli idik, təkcə qadını yox. Biz kişini sanki qöymüşüq bir tərəfdə, halbuki elə iş görə bilərdik ki, qadınlar elə özləri kişiləri lazımi qədər müarifləndirə bilərdi.

Yeni nəsli elə formalaşdıra bilərdik ki, o problemləri olmazdı. Bax, bu sahnədə xeyli sosial siyasəti dəqiqləşdirməyə ehtiyacımız var. Bunu eləmirik, ona görə də ölkədə bu cür vəziyyət yaranır. Və ürək ağrısı ilə bir sosioloq kimi deyirəm, belə davam etsə, ilbəil bu xoşagəlməz halların statistikası da artacaq”, – sosioloq vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az