Miqrasiya Orqanları Rəhbərləri Şurası və MDB Antiterror Mərkəzi memorandum İMZALADIbackend

Miqrasiya Orqanları Rəhbərləri Şurası və MDB Antiterror Mərkəzi memorandum İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Miqrasiya Orqanları Rəhbərləri Şurası və MDB Antiterror Mərkəzi əməkdaşlıq haqqında memorandum imzalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Şahnoza Nodiri jurnalistlərə bildirib.

Sənəd şuranın Düşənbədə keçirilən 28-ci iclasında imzalanıb.

“Siz və mən hamımız ekstremist və terror təşkilatlarının yaratdığı təhlükəni başa düşürük. Müvəqqəti əmək miqrasiyası ilə məşğul olan şəxslər onlara ən çox həssasdırlar. Ona görə də MDB-nin bu iki strukturu arasında qarşılıqlı fəaliyyət üçün platforma yaratmaq vacibdir”, – Nodiri  deyib.

Xuraman Etibarlı

İnterpress.az