Polis bütün ermənilərin katolikosunun Sardarapat memorial kompleksinə daxil olmasına mane olub.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Polis zəncirin kimi düzülüb və bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Həzrətləri Qaregini Sardarapat memorial kompleksinə buraxmayıb”, – arximandrit Zakariya Baqumyan deyib və həmçinin video yayımlayıb.
Qeyd edək ki, hər il mayın 28-də bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Həzrətləri Karekin Müqəddəs Eçmiədzinin Ana taxt-tacının yığıncaqlarının müşayiəti ilə Sərdarapat memorial kompleksini ziyarət edib, abidə önünə əklil qoyub.
Xuraman Etibarlı
İnterpress.az