Serbiya Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir.
İnterpress.az xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Azərbaycan Xarici İşlər Nazirliyindən dəyərli həmkarlarımızı və bütün ölkə xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik! Serbiya ölkələrimiz arasındakı dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir”, – paylaşımda bildirilib.