Moldovada ABŞ dövlət katibi Entoni Blinkenin səfəri fonunda keçirilən etiraz aksiyası iştirakçılarının sərt həbsləri başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hava limanı tərəfdən onlarla insan müharibə əleyhinə plakatlarla toplaşıb. Həmçinin Rusiyayönlü “Pobeda” blokunun bir qrup gənci ABŞ səfirinin Kişinyovdakı iqamətgahına toplaşıb.
Hazırda saxlanılanlar var, o cümlədən uşaqlı qadınlar da saxlanılıb.
Xuraman Etibarlı
İnterpress.az