“İsrailin HƏMAS-a qarşı yeni rıçaqları yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb. İsrail ordusu Qəzza zolağı ilə Misir arasındakı Filadelfiya dəhlizinə tam nəzarəti ələ keçirdikdən sonra bu, HƏMAS-a qarşı yeni bir “kozır” olub.
Qeyd olunur ki, Filadelfiya dəhlizinə nəzarət İsrailə bu üstünlüyü verib.
Bu, HƏMAS-ın əsir düşənlərin azad edilməsi ilə bağlı sövdələşməyə dair danışıqları davam etdirməsi üçün siyasi rıçaq kimi İsrail ordusunun əlində olacaq.
Xuraman Etibarlı
İnterpress.az