“FETÖ rəhbəri ABŞ-dəki malikanəsindən qaçırılıb” – Türkiyəli jurnalistbackend

“FETÖ rəhbəri ABŞ-dəki malikanəsindən qaçırılıb” – Türkiyəli jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ rəhbəri ABŞ-dakı malikanəsindən qaçırılmış ola bilər.

İnterpress.az xəbər verir ki, bu sözləri Türkiyənin məşhur jurnalisti Hande Fırat deyib. O bildirib ki, FETÖ hərəkatının rəhbəri, ABŞ-də yaşayan vaiz Fətullah Gülən Pensilvaniyadakı malikanəsindən qaçırıla və ya başqa yerə aparıla bilər.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan videoda əvvəlcə onun bacısı oğlu Gülənin qaçırıldığını iddia edib. Sonra hərəkat daxilində güc mübarizəsini təsvir edən bir məktub ortaya çıxəb.

Orada bildirilir ki, Gülən ehtimal ki, hipnoz altındadır, aprel ayında təşkilatın yüksək səviyyəli nümayəndələri tərəfindən oğurlanıb və yeni yerə aparılıb.

Qeyd edək ki, Fətullah Gülənin rəhbərlik etdiyi FETÖ ictimai hərəkatı 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdini təşkil etdikdən sonra ölkədə terror təşkilatı kimi tanınıb.

Xuraman Etibarlı

İnterpress.az