Madonnanın fanatı onu “səhnədə seks”ə görə MƏHKƏMƏYƏ VERDİ – FOTObackend

Madonnanın fanatı onu “səhnədə seks”ə görə MƏHKƏMƏYƏ VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madonnanın fanatı onu “səhnədə seks”ə görə məhkəməyə verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Page Six” portalı məlumat yayıb. Məlumata görə, onun İnqlvudda (Kaliforniya) konsertinə qatılan Madonna pərəstişkarı Castin Lipeles şou çox açıq-saçıq olduğu üçün məhkəməyə müraciət edib.

O, iddia edir ki, tamaşaçılar “səhnədə cinsi əlaqəni simulyasiya edən” çılpaq qadınları izləməyə məcbur olublar.

“Tamaşaçıları isti, narahat arenalarda saatlarla gözləməyə məcbur etmək və xəbərdarlıq etmədən onları pornoqrafiyaya məruz qoymaq Madonnanın pərəstişkarlarına qarşı ehtiyatsız hörmətsizliyini nümayiş etdirir”, – Lipeles deyib.

Fanat həm də konsertin planlaşdırıldığı kimi axşam saat 8-də deyil, saat 10-da başlamasından da narazı olub.

Bundan başqa, o, iddia ərizəsində müğənnini və konsert təşkilatçılarını şou zamanı kondisioneri söndürməkdə günahlandırır ki, bu da guya onu xəstələndirib. Kişi bilet və ya təzminat üçün pulunu geri tələb edir.

Xuraman Etibarlı

İnterpress.az