Rusiya Dövlət Dumasının deputatı Artur Çilinqarov 84 yaşında vəfat edib.
“İnterpress.az ” xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qanunverici orqanın saytında dərc olunmuş nekroloqunda qeyd olunub.
“Gözəl insan, həmkarımız Artur Nikolayeviç Çilinqarov dünyasını dəyişdi”, – nekroloqda nəql edilib.
Volodin mərhumun Sovet İttifaqı Qəhrəmanı və Rusiya Qəhrəmanı olduğunu vurğulayaraq onun “hamı üçün örnək olduğunu” bildirib.
Qeyd edək ki, Artur Çilinqarov VII və VIII çağırışlarda (2016-2024) Dövlət Dumasının deputatı olub. O, Rusiya Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Dövlət Qütb Akademiyasının prezidenti olub.