Ermənistan Xarici İşlər Nazirliyi Arsenyanın Rusiyaya səfir təyin olunması məsələsini şərh etmək istəməyib.
İnterpress.az xəbər verir ki, bu barədə iyunun 4-də Arsenyanla görüş keçirən Ermənistan Xarici İşlər Nazirliyinin baş katibi David Karapetyan jurnalistlərə bildirib.
“Ermənistanda hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qurgen Arsenyanın Rusiyaya səfir təyin olunmasına razılıq və ya rədd cavabı prosesi məxfi xarakter daşıyır və bu mövzuya ictimaiyyətdən heç bir reaksiya verilməyəcək.
Mən Arsenyanla iş və qeyri-iş məsələlərini müzakirə etmişəm”, – o vurğulayıb.
Karapetyan digər suallara cavab verməyib.
Qeyd edək ki, Arsenyanın Ermənistanın Rusiyaya səfiri təyin oluna biləcəyi ilə bağlı uzun müddətdir ki, məlumatlar dolaşır. Vaqarşak Arutyunyan hazırda Ermənistanın Rusiya Federasiyasındakı səfiri vəzifəsində çalışır.
Xuraman Etibarlı
İnterpress.az