Ermənistan Ombudsmanı keşiş Qalstanyanı qəbul etməkdən İMTİNA ETDİbackend

Ermənistan Ombudsmanı keşiş Qalstanyanı qəbul etməkdən İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Ombudsmanı Baqrat Qalstanyanı jurnalistlərin iştirakı ilə qəbul etməkdən imtina edib.

İnterpress.az xəbər verir ki, bunu iyunun 4-də Ermənistan İnsan Hüquqları Müdafiəçisi ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Artur Aslanyan Ermənistan Ombudsmanının ofisinin yaxınlığında jurnalistlərlə söhbətində deyib.

Ermənistan ombudsmanı Anait Manasyan arxiyepiskop Baqrat Qalstanyanı jurnalistlərin iştirakı ilə qəbul etməkdən imtina edi.

Eyni zamanda, İnsan Hüquqları Şurası bəyan edib ki, onun təklifi qüvvədə qalır. O, Qalstanyanı və daha 4 nəfərə qədər adamı qəbul etməyə hazırdır, lakin jurnalistlər olmadan.

Qeyd edək ki, keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatının üzvləri Ermənistan İnsan Hüquqları Şurasının ofisinə toplaşıblar. Onlar Ombudsmana suallarının olduğunu bildiriblər.

Bundan əvvəl Qalstanyan hüquq müdafiəçisilə jurnalistlərin iştirakı ilə görüşə hazır olduğunu bildirib.

Xuraman Etibarlı

İnterpress.az