“Əgər Qarabağ erməninin deyildisə, niyə 5 min oğlanı öldürdülər?”.
İnterpress.az erməni mediasına istinadla xəbər verir ki, bunu erməni siyasətçi, keçmiş deputat Eduard Şarmazanov deyib.
O sual verib ki, Qarabağ Ermənistanın deyildisə, 5 min erməni hərbçi qırmaq kimə lazım idi?
“Onlar nə istədiklərini bilirlərmi? Əgər Qarabağ erməninin deyildisə, niyə 5000 oğlanı öldürdülər?
Artıq müəyyən edilib ki, siz Türkiyə əsarətində olan Ermənistanın düşmənlərisiniz”, – Şarmazanov bildirib.
Xuraman Etibarlı
İnterpress.az