Davankov Kadırovun sağ əli Delimxanovun təhdidlərinə cavab verib.
İnterpress.az xəbər verir ki, bu barədə o, telegram kanalında yazıb.
Dövlət Dumasının “Yeni Xalq” partiyasından olan vitse-spikeri Vladislav Davankov məktəblərdə hicabın məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsini tənqid edən Adam Delimxanova cavab verib.
“Mən bu yaxınlarda Moskva yaxınlığındakı Kotelnikidə valideynlərin hicabın qadağan edilməsini tələb etdiyi yığıncaqda iştirak etdim. Miqrant övladları dini geyim geyinməyi bir yana qalsın, rus dilində danışmaqda çətinlik çəkirlər.
Hamısı soruşur: “Madam ki, bizdə dünyəvi təhsil var, niyə uşaqların buna haqqı yoxdur? Məktəb axı dini qurum deyil”.
Mən bütün dinlərə hörmət edirəm. Ancaq valideynlər belə məhdudiyyətlərin zəruri olduğuna inanırlarsa, elə də olsun”, – Davankov qeyd edib.
Davankov bildirib ki, qanun layihəsi bütün ictimai yerlərdə niqab geyinməyi qadağan edəcək. Məktəblər nə vaxt yalnız valideynlərin qərarı ilə hicaba qadağa qoya biləcək.
“Milli respublikalarda valideynlər hicab geyinməkdə problem görmürlərsə, qadağalara ehtiyac yoxdur. Amma bu, bütün regionlarda belə ola bilməz və olmamalıdır. Xalq qərar verməlidir”, – o vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az