Paşinyanın ilk velosiped yürüşü baş tutub.
interpress.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında video yayımlayaraq bildirib.
“İlk velosiped yürüşümüz baş tutdu.
Qoşulmaq istəyirsinizsə, [email protected] ünvanına adınızı və telefon nömrənizi yazıb göndərin. Qalan qaydaları bu mövzuda əvvəlki yazımda qeyd etmişdim.
Velosiped həyatdır, velosiped nikbinlikdir, velosiped çətinlikləri və ümidsizliyi dəf etmək gücüdür. Eşq olsun velosipedə!”, – Paşinyan yazıb.
Onun bu cür paylaşımlarının hazırda var gücü ilə çırpınaraq ağalarının əmrlərini yerinə yetirən keşiş Qarlstanyanı vecinə almadığına işarə olduğunu yazanlar da az deyil.
Xuraman Etibarlı
İnterpress.az