Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk etdi – RƏSMİbackend

Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk etdi – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.