Paşinyan: Lukaşenko prezident olduğu müddətdə Belarusa səfər etməyəcəyəmbackend

Paşinyan: Lukaşenko prezident olduğu müddətdə Belarusa səfər etməyəcəyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa gəlməyəcəyəm”, – o vurğulayıb.

N.Paşinyan hesab edir ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər.