Ruanda miqrantlar üçün Britaniyaya pul qaytarmaqdan İMTİNA EDİRbackend

Ruanda miqrantlar üçün Britaniyaya pul qaytarmaqdan İMTİNA EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruanda miqrantlar üçün Britaniyaya pul qaytarmaqdan imtina edir.

interpress.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın yeni baş naziri Keir Starmer bildirib. O, sığınacaq axtaranların Ruandaya deportasiyası proqramını məhdudlaşdırmaq niyyətində olduğunu deyib.

Yeni hakimiyyət onun sələfi Rişi Sunakın proqramında əsas hesab edilən layihəni bağlamaq niyyətindədir. Onun sözlərinə görə, Britaniya artıq Ruandaya 300 milyon dollardan çox vəsait ayırıb.

Lakin Ruanda hökuməti bu məbləği qaytarmayacağına eyham vurub. Afrika rəsmisi iyulun 9-da bildirib ki, ölkəsinin Britaniya ilə müqaviləsində “təminat bəndi” yoxdur.

“Heç vaxt pulun geri qaytarılacağını söyləməyib. Bizim razılaşmamız var idi. Hər iki tərəf imzalamışdı, beynəlxalq müqavilə olmuşdu, biz onu həyata keçirməyə başladıq, sonra birdən çıxmaq istəyirlər… Uğurlar”, – hökumət sözçüsü Alain Mukuralinda deyib.

Xuraman Etibarlı

İnterpress.az