666 min rus müharibə başlayandan sonra Rusiyanı tərk edib və geri qayıtmayıb.
interpress.az xəbər verir ki, bu rəqəmi 70-ə yaxın rusa ev sahibliyi edən ölkənin hər birinin statistikasına əsaslanaraq “The Bell” nəşr edib.
Bu, rəsmi dərc olunmuş rəqəmlər, rəsmilərin açıqlamaları öyrənildikdən və sorğuların göndərildiyi ölkələrin hakimiyyət orqanlarının birbaşa cavablarından sonra əldə edilib.
İlk 5 ev sahibi ölkəyə aşağıdakılar daxildir:
Ermənistan (oraya 110 min nəfər gedib),
İsrail və Qazaxıstan (hər biri 80 min nəfər),
Gürcüstan (73,5 min nəfər),
ABŞ (48 min nəfər).
Almaniya 36 min, Serbiya, rəsmi məlumatlara görə, təxminən 30 min, Türkiyə isə 28 min rus qəbul edib.
Qeyd edək ki, Rusiyanın əhalisi təxminən 140 milyon nəfərdir.
Xuraman Etibarlı
İnterpress.az