Erməni şirkəti “Rossiya” aviaşirkətini ALDATDI – FOTObackend

Erməni şirkəti “Rossiya” aviaşirkətini ALDATDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni təyyarə hissələri tədarükçüsü “Rossiya” aviaşirkətini aldadıb.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, rrməni təyyarə hissələri tədarükçüsü “Rossiya” aviaşirkətini 15,5 milyon rubl dəyərində aldadaraq şassi şinlərisiz qoyub.

Belə ki, 2022-ci ilin iyulunda “Rossiya” Ermənistanın “Aquila Technics” şirkəti ilə təkər və ehtiyat hissələrinin tədarükü ilə bağlı müqavilə bağlayıb.

Oktyabrda daşıyıcı 15 milyon 592 min rubl dəyərində “Bridgestone” təkərləri sifariş edib və 10 gün sonra pulu şirkətin hesabına köçürüb.

Lakin şirkət sövdələşmənin yerinə yetirməyib.

Daşıyıcı Arbitraj Məhkəməsinə müraciət edib, indi “Aquila” Rusiyaya sifarişin bütün məbləğini və 100 min dövlət rüsumunu ödəməlidir.

Əvvəllər “UTair” aviaşirkətinin erməni şirkəti ilə problemləri var idi. 2022-ci ildə daşıyıcı ondan mühərriklər sifariş edib, lakin onları almayıb və Aquila Technics-in Rusiyadakı hesabları dondurulub.

Xuraman Etibarlı

İnterpress.az