Yararsız UŞAQ BEZLƏRİ: “Günahkar məhsulun satışı ilə məşğul olan şirkətdir” – EKSPERTbackend

Yararsız UŞAQ BEZLƏRİ: “Günahkar məhsulun satışı ilə məşğul olan şirkətdir” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər uşaq bezlərinin keyfiyyəti və xarab olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər azyaşlı körpəsi olan valideynlərin narazılıqlarına səbəb olur. Görüntülərdən görünür ki, uşaq bezi kiflənmiş vəziyyətdədir. Hətta bəzi bezlərdə göbələk də aşkarlanıb.

Mövzu ilə bağlı İnterpress.az-a açıqlama verən qida və qeyri-qida malları üzrə ekspert İlkin Şirinov bir sıra məqamlara toxunub.

O bildirib ki, istər qida, istərsə də qeyri-qida məhsullarında əsas meyar onların saxlanma şəraiti və saxlanılan anbarların vəziyyətidir.

“Bildiyimiz kimi uşaq bezləri 12-24-48-60 ədəd olmaqla selofan paketlərdə qablaşdırılır. Həmçinin bezlərin qablaşdırıldığı selofan paketlər qoruyucu funksiya daşıyır. Suyun, rütubətin, müxtəlif çirklənmənin qarşısını alır. Əgər üst örtük zədələnərsə, həmin uşaq bezləri çirklənməyə məruz qala bilər.

Məlumdur ki, uşaq bezləri üç qatdan ibarətdir. Dərini yumşaq, quru saxlayan daxili, hidrofil (suçəkən) təbəqə, ardınca sellioz və geldən ibarət qat və plyonkadan təbəqədir. Xarici təsir nəticəsində bu qatlardan biri zədələnərsə, uşaq bezi yararsız sayılır. Uşaq dərilərinin həssas olduğunu nəzərə alıb, gigiyenik setifikatı olan bezlərdən istifadə etmək tövsiyə olunur. Həmçinin bezi seçərkən uşaqların yaş və çəkisi nəzərə alınmalıdır”, – mütəxəssis qeyd edib.

Kiflənmiş bezlərlə bağlı yayılan görüntülərə toxunan ekspert onu da bildirib ki, uşaq bezlərinin satışı ilə məşğul olan şirkətlərin anbarlarında olan şərait və saxlama qaydaları əsas olunası məsələdir.

“Uşaq bezlərinin satışı ilə məşğul olan şirkətlərin anbarlarında olan şərait və saxlama qaydaları əsas məsələdir.

Belə ki, anbarlarda rütubətlilik normadan artıq olarsa və yaxud daşınma zamanı zədələnmiş olarsa, bezlərin kiflənməsi qaçınılmazdır”, – ekspert vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az