Beyin ölümü keçirən xəstə onu aparatdan ayırmağa bir neçə saat qalmış oyanıb.
interpress.az xəbər verir ki, 32 yaşlı britaniyalı qadın iş yerində zorakılığa məruz qalaraq intihara cəhd edib. Sonra o, xəstəxanaya yerləşdirilib.
Vəziyyəti ağır olduğundan o, həyati dəstək sisteminə – aparata qoşulub. Bir müddət sonra həkimlər qızın valideynlərinə onun beyin ölümü olduğunu bildiriblər.
Emmanın aparatdan ayrılmasına bir neçə saat qalmış o, gözlərini aıbı və sərbəst nəfəs ala bilib.
O, mimika və baş jestlərindən istifadə edərək həkimlər və qohumları ilə ünsiyyət qurmağa başlayıb.
Hazırda qız aktiv şəkildə sağalır və artıq reabilitasiyaya başlayıb.
Xuraman Etibarlı
İnterpress.az