Sərnişin sürücünün qulağını dişləyib.
interpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Türkiyənin Hatay şəhərində sərnişinlə avtobus sürücüsü arasında “davam et” sözü üstündə dava düşüb.
Sərnişin sürücünü 9 dəfə dişləyib, qulağını kəsib və sürücünün cibindən pul oğurlayıb.
Sonradan məlum olub ki, bir neçə gün əvvəl təcavüzkar daha bir nəfəri dişləyib və yaralayıb. Bu şok hadisə avtobusun kameralarına düşüb.
Avtobus sürücüsü Şefik Vural Ərzin-Adana marşrutu ilə yola düşməyə hazırlaşarkən son anda bir sərnişin avtomobilə minib. Vural sərnişindən gediş haqqını ödəməsini istəyəndə “Davam et!” cavabını alıb.
Vural “Sür” sözünə “Nə olub?” deyə cavab verib. Bundan sonra sərnişin sürücünü söyməyə başlayıb.
Bu vəziyyətdən qəzəblənən sərnişin sürücünün qulağından dişləyərək ona hücum edib. Sürücünün qulağı kəsilib.
Onun köməyinə həmkarları gəlib.
Xuraman Etibarlı
İnterpress.az