Misir münaqişənin gözlənilən gərginləşməsindən əvvəl İran və İsrailə mesajlar göndərib.
interpress.az xəbər verir ki, bu barədə Qətərin “Al-Araby Al-Jadeed” qəzeti məlumat yayıb.
Misir İsrail və İranı münaqişənin gərginləşməsinin son mərhələsində iştirak etməmək və regionda gərginliyi azaltmaq üçün səyləri davam etdirmək qərarı barədə məlumatlandırıb.
Qahirə Tehranı regionun sabitliyinə təsir edə biləcək hərbi əməliyyat təhlükəsi halında hava məkanını bağlamaq niyyəti barədə xəbərdar edib.
Eyni zamanda Misir bu qərarın İrana qarşı düşmənçilik kimi qiymətləndirilməməli olduğunu, əksinə ölkənin milli maraqlarını və suverenliyini qorumaq məqsədi daşıdığını vurğulayıb.
Misir həmçinin avqustun 3-də Qahirəyə səfər edən İsrail nümayəndə heyətinə “İsrailə qarşı mümkün hücumu dəf etməkdə iştirak etməyəcəyini” bildirib.
Xuraman Etibarlı
İnterpress.az