Ukraynada yeni növ koronavirus aşkarlanıb.
interpress.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müavini, baş dövlət sanitar həkimi İqor Kuzin məlumat verib.
2024-cü ilin iyul ayında ölkədə SARS-CoV-2 koronavirusunun FLiRT adlı yeni subvariantının ilk halları qeydə alınıb.
Hətta əvvəllər peyvənd olunmuş insanlar da xəstələnə bilər. Baxmayaraq ki, peyvənddən sonra əldə edilən immunitet xəstəlik zamanı fəsadların yaranma riskini azaldır.
Onun sözlərinə görə, ötən həftə FLiRT koronavirus subvariantının üç halı aşkar edilib: ikisi Kiyevdə, biri İvano-Frankovsk vilayətində.
Xuraman Etibarlı
İnterpress.az