Sailə Salahova: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaşdırbackend

Sailə Salahova: Azərbaycan Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaşdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan yeri və rolu göz qabağındadır. Regionapl inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünya siyasətində fəal mövqeyi ilə diqqətdədir. Ölkəmizin istər iki tərəfli, istərsə də çoxtərəfli çərçivədə əlaqələrinin qurulması və yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Tarixi Zəfərimizdən sonra intensivləşən səfərlər, bunların əsasında əlaqələr Azərbaycanın fəxri qonaq qismində qatıldığı tədbirlərin miqyasında da özünün aydın ifadəsini tapır. Bunun üçün Azərbaycanın ev sahibliyi etdiyi, fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə diqqət yetirmək kifayətdir.

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə inkişaf edən və genişlənən əlaqələrini xarakterizə edən amillərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərdir. Təsadüfi deyil ki, son illər ərzində Prezident İlham Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edirlər. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.

Güclü iqtisadiyyat, müasir ordu və sosial rifah sahələrində böyük irəliləyişlər əldə edən, İkinci Qarabağ müharibəsindən sonra müdafiə qüdrətini daha da gücləndirən, yeni enerji, nəqliyyat layihələrini reallaşdıran, təşəbbüskar kimi , regional əhəmiyyəti ilə diqqət çəkən Cənab İlham Əliyevin regional sülhə, bölgədə sabitliyin təminatına verdiyi töhfələrin, humanizmə, birliyə çağırış ideyalarının beynəlxalq səviyyədə dəstəklənməsi strateji enerji, nəqliyyat qovşağına çevrilən ölkəmizin beynəlxalq əhəmiyyətini daha da artırır.

Avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirakı bir daha göstərir ki, ölkəmizə və onun rəhbərinə bu regionda da xüsusi önəm verirlər. Danılmaz həqiqətdir ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici siyasət kursunun prioritet istiqamətlərindən biri də beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və bu əsasda dost ölkələrlə münasibətlərin möhkəmləndirilməsidir.

Bu, dövlət başçımızın 20 il ərzində bütün sahələr üzrə atdığı praqmatik addımlar və aydın hədəflər nəticəsində mümkün olmuşdur. Çünki bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. Dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bu baxımdan avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana səfəri də bunu bir daha təsdiqləyir./Vətəninfo