Dövlət Duması imperator formasının məktəblərə qaytarılmasını təklif edib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası Dövlət Dumasına istinadən məlumat yayıb.
Deputatlar hesab edirlər ki, vahid görünüş “uşaq komandasının atmosferini yaxşılaşdırmağa və qeyri-sağlam rəqabəti aradan qaldırmağa kömək edəcək”.
“Rusiya İmperiyası və Sovet İttifaqının məktəb formalarının ən yaxşı nümunələri ruhunda və üslubunda rus məktəbliləri üçün məktəb formasının hazırlanması ideyasını qiymətləndirmək lazımdır”, – müraciətdə deyilir.
Müraciət Rusiya Federasiyasının təhsil nazirinə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az