HƏMAS və “İslami Cihad” dünən Təl-Əvivdə törədilən terror cəhdinə görə məsuliyyəti öz üzərinə götürüb.
interpress.az xəbər verir ki, hadisə avqustun 18-i axşam Təl-Əvivdə partlayış baş verib.
Məlum olub ki, bu, terror hücumuna cəhddir. Fələstin Muxtariyyətində yaşayan 50 yaşlı kişi özünü partlayıcı ilə partladıb.
Nəticədə o, yerindəcə keçinib, bir sakin xəsarət alıb. İsrail polisi təhlükəsizlik tədbirlərini gücləndirib.
Xuraman Etibarlı
İnterpress.az