“KTMT hər şey edir ki, Ermənistan bir gün təşkilatdan çıxsın”.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində deyib. Simonyan istisna etmir ki, Ermənistan KTMT-dən çıxmaq barədə qərar verəcəyi gün gələ bilər.
“Heç nə istisna deyil, KTMT bunun üçün hər şeyi edir”, – o bildirib.
Simonyanın fikrincə, Azərbaycan və Rusiyanın 9 noyabr sənədi ilə bağlı Ermənistana cavab verəcəkləri var.
Simonyan Rusiya tərəfinin KTMT-dən çıxmağın erməni xalqının maraqlarına cavab vermədiyi barədə bəyanatlarına da toxunub:
“Hesab edirəm ki, Ermənistanla təhdid dili ilə danışmaq çox yanlış məntiqdir”.
Alen Simonyan Ermənistanda heç bir anti-Rusiya kampaniyasının aparılmadığını iddia edib.
Xuraman Etibarlı
İnterpress.az