İspaniyada Fələstinlə bağlı bir sıra müsəlman və Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə İspaniya Baş naziri Sançesin X hesabında məlumat verilib.
Bildirilir ki, Fələstinin müstəqil dövlət kimi tanınması məsələsi ilə bağlı İspaniyada bir sıra müsəlman və Avropa ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
İclasda Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi, həmçinin Türkiyə, Norveç, Sloveniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, İndoneziya, Nigeriya xarici işlər nazirləri və Fələstin Muxtariyyətinin baş naziri iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az