Noyabrın 28-də keçiriləcək KTMT sammiti ilə əlaqədar Astanada təhlükəsizlik tədbirləri gücləndirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Bildirilir ki, noyabrın 28-də keçiriləcək KTMT sammiti ilə əlaqədar Astanada təhlükəsizlik tədbirləri gücləndirilib.
“Tədbirlər xüsusi hökumətin, hüquq-mühafizə orqanlarının və Qazaxıstan Silahlı Qüvvələrinin resurslarından, o cümlədən hərbi aviasiya və texnikadan istifadəni nəzərdə tutur. Ayrı-ayrılıqda bildirilir ki, noyabrın 27-də ölkənin Müdafiə Nazirliyinin cəbhə aviasiyası şəhər üzərində uçuşlar həyata keçirməlidir”, – Qazaxıstan paytaxtının administrasiyasının bəyanatında qeyd olunub.
Noyabrın 28-də Astanada təşkilata üzv dövlətlərin başçılarının iştirakı ilə KTMT sammiti keçiriləcək. Rusiya prezidenti Putin də noyabrın 27-28-də Qazaxıstana səfər edəcək.
Xuraman Etibarlı
İnterpress.az