Putin KTMT sammitində Qarabağdan danışıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib.
“KTMT Qarabağda İrəvan uğrunda döyüşməməli idi, bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmayıb. Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımırdı və təbii ki, Qarabağı öz dövlət perimetrinə daxil etməyib. Bu o deməkdir ki, Qarabağda baş verənlərin hüquqi nöqteyi-nəzərdən Ermənistanla birbaşa əlaqəsi yoxdur və ona görə də KTMT-nin bu anklavın ərazisində döyüşməli olduğunu iddia etmək qəribədir”, – Putin bildirib.
Putin onu da qeyd edib ki, Ermənistan hələ KTMT-dən çıxdığını elan etməyib və təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir:
“Əgər belədirsə, o zaman Ermənistanın bu assosiasiya çərçivəsində tam hüquqlu işə qayıtması ehtimalı var”.
Daha ətraflı videoda:
Xuraman Etibarlı
İnterpress.az