Rusiyada rus qadınlarının miqrantlarla evlənməməyi istənilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Dövlət Duması rus qadınlarından miqrantlarla deyil, “ruslarla” evlənməyi xahiş edib.
Ətraf Mühitin Mühafizəsi Komitəsi qadınları “rus kişiləri” ilə evlənməyə çağırıb.
“Mən heç kimi incitmək istəmirəm. Əziz xanımlarımız, rus kişiləri ilə evlənin. Güclü, dürüst, məsuliyyətlidirlər. Seviləcəksən, qucağında gəzdirəcək və qızılgüllərə qərq edəcək”, – komitə bildirib.
Xuraman Etibarlı
İnterpress.az