Ermənistan XİN Türkiyəyə başsağlığı verib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyi Boluda baş verən yanğınla bağlı Türkiyəyə başsağlığı verib və zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
XiİN Boluda onlarla insanın həyatına son qoyan faciəvi yanğından dərin kədər hissi keçirdiyini bildirib.
Xatırladaq ki, Kartalkaya dağ-xizək kurortunda oteldə baş verən yanğında 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az