Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölübbackend

Şabranda minik və yük avtomobili toqquşub, iki nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabranda rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb.

İnterpress.az xəbər verir ki, hadisə Bakı – Quba – Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “AzSamand” markalı minik avtomobilinin və yük maşınının (TIR) toqquşması nəticəsində iki nəfər hadisə yerində ölüb. Minik avtomobilinin ölən sürücüsünün Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Akif Səbahət oğlu Zeynalzadə olduğu məlum olsa da, həlak olan qadın sərnişinin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.