Hikmət Hacıyev: Azərbaycan TDT çərçivəsində çoxşaxəli əməkdaşlıq aparırbackend

Hikmət Hacıyev: Azərbaycan TDT çərçivəsində çoxşaxəli əməkdaşlıq aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk dünyası bu gün bir araya gəlir.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 24-də Bakıda keçirilən Türk Dövlətlər Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda bildirib.

“İnsanlararası təmasların vacib tərkib hissəsi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının bir araya gəlməsi bu əməkdaşlığın əsasını qoyur və bundan sonrakı fəaliyyət üçün möhkəm zəmin yaradır”,- o qeyd edib.

O əlavə edib ki, TDT çərçivəsində Azərbaycanın çoxşaxəli əməkdaşlığı var:

“34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcuddur, lakin qeyri-hökumət təşkilatlarını birləşdirən belə bir format indiyədək olmamışdı. Bu gün böyük məmnuniyyətlə deyə bilərik ki, türk dünyasını bir araya gətirən, insanlararası təmasların vacib tərkibi və aparıcı qüvvəsi olan qeyri-hökumət təşkilatları, sivil vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə bu formatın əsası yaradılır”, – deyə Hikmət Hacıyev bildirib.