Şəmkirdə məktəbdə dərs zamanı yanğın hadisəsi baş verib.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Şəmkir şəhəri Nəriman Nərimanov adına məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb.
“Şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Təhsil müəssisəsinin elektrik sisteminin ən qısa zamanda bərpası çərçivəsində işlər aparılır”, – məlumatda qeyd olunub.






