Venesiya Biennalesində avstriyalı rəssam özünü zəngə bağlayıb “zəng çalıb.”
İnterpress.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.
İtaliyada keçirilən 61-ci Venesiya İncəsənət Biennalesində Avstriya pavilyonu maraqlı və bir o qədər də qeyri-adi bir performansa ev sahibliyi edib.
Rəssam Florentina Holtsinger öz bədənini zəngin içərisində havadan asaraq zəng çalmaqla səs çıxarıb.
Zəngin üzərində qədim Roma filosofu Siseronun məşhur “O tempora, o mores!” (“Ey zamanlar, ey əxlaqlar!”) ifadəsi həkk olunub.
Rəssam bu performansı ilə insanlığı qlobal iqlim dəyişikliyinin yaratdığı “iqlim apokalipsisi”nə diqqət yetirməyə və mövcud əxlaqi-mədəni deqradasiyanı tənqid etməyə çağırıb.
Xuraman Etibarlı
İnterpress.az






