Məşhur vəkil dələduzluq ittihamı ilə HƏBS EDİLDİ – 10 ilədək cəza GÖZLƏYİRbackend

Məşhur vəkil dələduzluq ittihamı ilə HƏBS EDİLDİ – 10 ilədək cəza GÖZLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur rusiyalı vəkil Aleksandr Karabanov dələduzluq ittihamı ilə həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Tanınmış vəkil Aleksandr Karabanov külli miqdarda dələduzluqda təqsirli bilinərək həbs edilib.

İstintaqın məlumatına görə, o, “Ulduzlarla rəqs” şousunun qalibi, iş adamı Aleksey Ledenevə qarşı açılmış cinayət işini “həll edəcəyi” vədi ilə ondan 7 milyon rubl (təxminən 159 min 200 manat) tələb edib.

İddiaya görə, Ledenev 2024-cü ilin noyabrında “Kalaşnikov” Konserni ASC-nin məhsullarının mənimsənilməsi faktı ilə bağlı başladılan araşdırmanın dayandırılması üçün vəkilə müraciət edib.

Karabanov isə hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edərək işi bağlayacağını vəd edib, rüşvət kimi isə əvvəlcə 2 milyon rubl (təxminən 45 min 500 manat) avans alıb.

Məlum olub ki, Karabanovun nə həmin orqanlarda heç bir əlaqəsi olmayıb, nə də işə təsir etmək imkanı olub. O, külli miqdarda pulu öz şəxsi məqsədləri üçün xərcləyib.

Cinayətin üstü paytaxt müstəntiqləri və operativ xidmət əməkdaşlarının birgə fəaliyyəti nəticəsində açılıb.

Qeyd edək ki, Aleksandr Karabanov daha əvvəl iş adamı Umar Cəbrayılov, şoumen Bari Alibasov, “Korçma Taras Bulba” restoranlar şəbəkəsinin sahibi Yuri Beloyvan və Janna Friskenin ailəsinin vəkili kimi tanınıb.

Hazırda saxlanılan vəkil barəsində araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az